Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşib.
AzerTimes Olay.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxın dostu, həmkarı Ülviyyə Əliyeva Tiktok hesabında danışıb.
“Tünzalə xanımın vəziyyəti çox pis idi. Hərarəti 34 dərəcəyə düşmüşdü. Milli Onkologiya mərkəzinə apardılar. Hazırda xəstəxanadadır. İndi özünə gəlib”, – deyə Ülviyyə Əliyeva bildirib.