Tunisin keçmiş baş naziri həbs edildi

Tunisin keçmiş baş naziri həbs edildi

Tunis polisi keçmiş baş nazir Əli Larayedi həbs edib.

AzerTimes xəbər verir ki, bu barədə onun mənsub olduğu “Ennahdha” partiyası məlumat yayıb.

Partiya qeyd edir ki, hakimiyyəti diqqəti prezident Kays Səidin istefası çağırışlarından yayındırmağa çalışmaq üçün belə addıma rəvac verib.

Həbsin seçicilərin 90 faizinin parlamentə seçkiləri boykot etməsindən bir neçə gün sonraya təsadüf etməsi diqqət çəkib.

Qeyd edək ki, 2013-2014-cü illərdə baş nazir vəzifəsində çalışmış Larayed minlərlə tunisli gəncin xaricə cihadçı qruplarla döyüşmək üçün getməsinə razılıq verdiyi iddiası ilə aparılan istintaq çərçivəsində saxlanılıb.

Teqlər: