Tunis sahillərində qeyri-qanuni miqrantların olduğu qayığın
qəzaya uğraması nəticəsində ölənlərin sayı 20-yə çatıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Sinhua” agentliyi xəbər
yayıb.
“Bu gün təhlükəsizlik xidmətinin əməkdaşları Nabul sahillərində
daha 8 meyit aşkarlayıblar. Nəticədə ölənlərin ümumi sayı 20 nəfərə
çatıb”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, qeyri-qanuni miqrantların olduğu qayıq martın 18-i
qəzaya uğrayıb. Qayığda olan qeyri-qanunlar miqrantlar Suriya
vətəndaşları olub.
Hazırda insanların axtarışları davam etdirilir.