Xəbər - Orxan Nəbiyev – Trend:
Aralıq dənizində, Tunisin Kerkenna adası yaxınlığında qanunsuz miqrantları aparan qayıq batıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 11 nəfər həlak olub.
Qəzaya uğrayan qayıqda 30 nəfər olub. Xilasedicilər 21 nəfəri çıxara bilib.
Ölənlərdən beşinin meyiti tapılıb. Digər 6 nəfərin axtarışları davam edir.