Tunisin sahil mühafizəsi bölmələri ölkə sahillərində 15 miqrantın cəsədini aşkar edib.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, cəsədlər Mahdia, Əş-Şabba və Salakta sahillərində tapılıb.
Ölənlər müxtəlif Afrika ölkələrindən olan miqrantlardır. Hüquq-mühafizə orqanları onların şəxsiyyətini dəqiqləşdirir.