Tunis prezidenti Kays Səid 57 hakimi korrupsiya və
səhlənkarlıqda ittiham edərək vəzifəsindən azad edən fərman
verib.
Trend bu barədə
yerli KİV-ə istinadla xəbər verir.
Ötən gün baş tutmuş Nazirlər Kabinetinin iclasında preizdent
“məhkəmə orqanlarını təqib edən” korrupsiya və səhlənkarlığın
təzahürlərini kəskin tənqid edərək, bəzi hakimlərə qarşı bir sıra
ittihamlar irəli sürüb.
Kays Səid hakimlərin maliyyə korrupsiyası, rəsmi sənədlərin
saxtalaşdırılması, terrorçuluqla məşğul olan şəxslərin
gizlədilməsi, siyasi və partiya məmurlarının məsuliyyətdən
qorunmasında və terror araşdırmalarının qarşısının alınmasında
iştirakını təsdiqləyib.