Tullantıları təmizləmək üçün bələdiyyəyə məcburi göstəriş verilib

Xəbər - Fərid Zöhrabov -Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Cəlilabad rayonu Ocaqlı kəndi yaxınlığındakı su kanalının ətrafına tullantıların atılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Trend xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, şikayətçinin iştirakı ilə Cəlilabad rayonu Qarazəncir bələdiyyəsi tərəfindən sözügedən ərazi tullantılardan təmizlənib.

“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə məcburi göstəriş verilib”.

Teqlər: