Xəbər - Elçin Mehdiyev – Trend:
Bu gün Tükriyə ilə Azərbaycan arasında medianın inkişafının yeni bir mərhələsi başlayır və mən burada hər kəsə uğurlar arzulayıram.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u tərəfindən birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimat mərasimində çıxışı zaman deyib.
Ə.Amaşov bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə mediasının böyük rolu var. 44 gülnük Vətən müharibəsində də Türkiyə mətbuatı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına böyük önəm verdi. Hesab edirəm ki, bu gün təqdimatı keçirilən bu sayt türk dünyasında media əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verəcək, türk dünyasının inkişafında bu saytın önəmli rolu olacaq”.