Türkiyəli məşhur müğənni Tuğba Ekinci barəsində İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən istintaq başladılıb.
AzerTimes xəbər verir ki, müğənninin İstanbulda mükafatlandırma mərasimindəki çıxışında söylədiyi sözlərlə bağlı prokurorluq hərəkətə keçib.
Ekinci barəsində “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya alçaltmaq” maddəsi ilə istintaqa başlayıb.