Tuğ kənd məktəbi vaxtı ilə çox ziyalı şəxslər yetişdirib – Kənd sakini

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.

AzerTimes-ın məlumatına görə, səfər zamanı Prezident İlham Əliyev Tuğ kəndində olub. Ölkə başçısı orada olan zaman ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi önündə çıxış edib.

Dövlət başçısı bildirib:

“Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardı? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq”.


Dövlət başçısının söz açdığı məktəbin məzunu olmuş Ramiz Göyüşov AzerTimes-a bildirib ki, Tuğ kənd məktəbi çox ziyalı şəxslər yetişdirib. Onun sözlərinə görə, həmin məktəb vaxtı ilə Azərbaycan bəylərinin malikanəsi olub, daha sonra təhsil ocağına çevrilib:

“Əvvəllər məktəb binası Mehdi bəylə Sadıx bəyin malikanəsi olub. Daha sonra SSRİ dövründə bina dəyişib məktəb kimi fəaliyyət göstərib. Həmin məktəbə paralel digər bir korpus da var idi. Şagirdlər bu məktəbdə 8-ci sinfə kimi oxuduqdan sonra digər korpusa köçürülürdülər”.

R.Göyüşov əlavə edib ki, Tuğ kənd məktəbində müxtəlif dillərdə dərslər keçirilib.

Teqlər: