Tüfənglə ehtiyatsız davrandı: özünü güllələdi

Tüfənglə ehtiyatsız davrandı: özünü güllələdi

Noyabrın 4-ü gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzerTimes-a bildirilib ki, ilkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: