Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Tu-22M3 strateji bombardmançı təyyarəsinin qaçırılması ilə bağlı Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı barədə detalları açıqlayıb.
AzerTimes xəbər verir ki, FSB yaydığı görüntülərdə rus pilota təyyarəni qaçırmaq üçün 3 milyon dollar vəd edildiyini bildirib.
FSB həmçinin pilotla əməliyyatçıların yazışmalarının görüntüsünü yayıb.