TŞ iclas keşirdi: 48 dərmanın qiymətini…

TŞ iclas keşirdi: 48 dərmanın qiymətini…

Tarif (qiymət) Şurasının 31 avqust tarixində keçirilən növbəti iclasında yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Bu barədə AzerTimes-a Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib.

Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, indiyədək qiymətləri təsdiq edilmiş dərman vasitələrinin sayı 13347 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Teqlər: