Kanadanın Baş naziri Castin Trudo və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Kanada hökumət başçısının mətbuat xidməti məlumat yayıb.
“Liderlər hazırkı vəziyyəti, eləcə də Ottavadan Kiyevə gələcək yardım məsələlərini müzakirə ediblər”, – məlumatda deyilib.