Kanada Baş naziri Castin Trüdo və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Trüdo parlamentdə çıxışı zamanı deyib.
“Telefon söhbəti 45 dəqiqə davam edib. Kanadanın Ukraynaya dəstəyinin davam etdirilməsi ilə bağlı müzakirə aparıldı”, – baş nazir bildirib.