Trüdo istefa verdi

Trüdo istefa verdi

11:10

Kanadanın Baş naziri Castin Trüdo Liberal Partiyasının rəhbərliyindən istefa verdiyini elan edib.

AzerTimes xəbər verir ki, 53 yaşlı siyasətçi paytaxt Ottavada keçirdiyi mətbuat konfransı zamanı partiya yeni liderini seçənə qədər Baş nazir vəzifəsində qalacağını açıqlayıb.

Castin Trüdo bildirib ki, yeni lider seçilənə kimi ölkə parlamenti martın 24-dək fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, daha öncə yayılan məlumatda onun yanvarın 8-də istefa verəcəyi bildirilmişdi.

Teqlər: