TRT-nin direktoru istefa verdi

TRT-nin direktoru istefa verdi

Türkiyənin TRT dövlət telekanalının baş direktoru vəzifəsindən istefa verib.

Baş direktor Şenol Göka bu barədə özü açıqlama verib. “İstefa verməyimi məsləhət bilib vəzifədən gedirəm”, – deyə baş direktor bildirib və istefa ərizəsini yazıb. Şenol Göka istefasının səbəblərini açıqlamayıb. Onun istefası qəbul edilib.

İddialara görə, Şenol Gökanın istefa verməsinin səbəbi hökumət tərəfindən ona verilən göstərişi yerinə yetirməsi olub. Belə ki, baş direktora TRT-nin iki yüksək vəzifəli işçisinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı hökumətdən göstəriş gəlib. O isə bunu qəbul etməməkdə israr edib. Nəticədə baş direktor istefa verib.

senol-goka