Trofimçukdan erməni mediasında İrəvana sərt ittiham

Trofimçukdan erməni mediasında İrəvana sərt ittiham

Azərbaycan 2020-ci ilin noyabrında əldə edilmiş razılaşmaların və xüsusilə Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizlərinin açılışının hərfi mənada yerinə yetirilməsinə nail olacaq.

AzerTimes xəbər veriri ki, bunu Ermənistan mediasına müsahibəsində tanınmış rusiyalı politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Qriqori Trofimçuk bildirib.

“Əgər məsələ diplomatik yolla heç cür həll edilməsə, Azərbaycan Ordusu addım-atdım qarşısına qoyduğu məqsədlərə nail olacaq, çünki Bakı yüz dəfə kiməsə xəbərdarlıq etmək niyyətində deyil. Üstəlik, onun əlində üçtərəfli sənəd var. Azərbaycan Ordusunun İrəvan divarlarına qədər irəli gedib-getməyəcəyini isə zaman göstərəcək”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə ABŞ artıq açıq şəkildə öz rolunu oynamağa çalışır və Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır.

“KTMT-dən yenidən yardım istəyən Ermənistanın daha bir böyük problemi olacaq. KTMT Ermənistan ərazisinə daxil olsa, ilk növbədə bu ölkənin ərazisində olan Amerika bioloji laboratoriyalarını məhv edəcək. KTMT Azərbaycana qarşı vuruşası deyil”, – deyə Trofimçuk bildirib.

Teqlər: