Tripolidə silahlılar Liviya Prezident Şurasının qərargahının yerləşdiyi “Corinthia” otelinə hücum ediblər.
AzerTimes-ın “Al Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, Prezident Şurasının rəhbəri Məhəmməd əl-Menfi Tripolidəki ən böyük otelin binasından arxa qapıdan çıxmağı bacarıb.
Məlumata əsasən, hazırda üç nəfərdən ibarət olan Prezident Şurasının bütün üzvlərinin təhlükəsizliyi təmin edilib.
Eyni zamanda Tripolidən gələn məlumata görə, silahlılar Şuranın dəftərxanasının rəhbəri Məhəmməd əl-Mabruku qaçırıblar.