“Trendyol”dan azərbaycanlı müştərilər üçün kampaniya – Video

“Trendyol”dan azərbaycanlı müştərilər üçün kampaniya – Video

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Тrendyol Azərbaycandakı müştəriləri üçün “Əfsanə günlər” kampaniyasına başlayır. İlin əfsanə endirimlərinin yer aldığı kampaniya 27 noyabr-2 dekabr tarixlərini əhatə edəcək.

“Əfsanə günlər”də Тrendyol istifadəçiləri elektronikadan mətbəx avadanlıqlarına, dəbli geyimlərdən şəxsi baxım məhsullarına qədər bütün kateqoriyalarda “Noyabr 25” kodu ilə 25 faizlik endirim fürsəti qazanacaq. Əlavə olaraq, alış-veriş həvəskarları seçilmiş məhsullarda 60 faizədək endirim əldə etməklə daha çox fürsətlərdən yararlana biləcəklər.

Həmçinin, “Тrendyol”un sevilən “Qazandıran çarx” və “Paylaş-Qazan” kampaniyaları da əlavə şanslar verməyə davam edəcək.

Kampaniya müddətində şirkət Bakı bulvarında, Azərbaycan Dövlət Kukla teatrının yaxınlığında – piyada keçidinin önündəki stendində müştərilərini qarşılayacaq və onlara əlavə endirim fürsəti qazandırmağa davam edəcək. Belə ki, Тrendyol stendinin ziyarətçiləri təşkil olunmuş yarışlarda iştirak edərək 5000, 2000, 750, 500, 200 və 100 TL məbləğində endirim kuponları əldə edə biləcəklər.

Teqlər: