“Trendyol”a qadağa rasional yanaşma deyil… – Deputat

“Trendyol”a qadağa rasional yanaşma deyil… – Deputat

Qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə həmin limit çərçivəsində vətəndaşın qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə biləcəyi anlamına gəlir.

AzerTimes xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

“Haqsız rəqabətə gəldikdə isə, rəqabəti qadağalarla müdafiə etmək rasional yanaşma deyil. Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”.

Teqlər: