Xəbər - Humay Ağacanova – Trend:
Trend TV Xaçmaz rayonu haqqında videoçarx hazırlayıb.
Videoçarxda Xaçmazın müasir-mədəni infrastrukturu, abadlaşdırma sahəsində görülən işlər, biznes, sahibkarlıq və turizm imkanları, əhalinin məşğuliyyəti, investisiya potensialı, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatından görüntülər nümayiş olunub.
Qeyd edək ki, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılıb. Xaçmaz 1936-1937-ci illərdə şəhər tipli qəsəbə olub. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilib. 1995-ci ildə isə rayon yenidən bərpa edilib.
Xaçmaz rayonu Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Rayonda istehsal olunan kənd təsərrüfat məhsullarının emalı yerli müəssisələr tərəfindən də həyata keçirilir.
Xaçmaz rayonunun müasir dövrünü, bu gününü və gələcəyini əks etdirən mədəni-tarix müəssisəsi kimi muzeylərin rolu çox böyükdür. O cəhətdən muzeylərin əhəmiyyəti yüksək qiymətləndirilib və rayonda geniş muzey şəbəkəsi yaradılıb.