Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə layihəsinin təqdimatı keçirilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u ilə birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihəyəsinin təqdimatı keçirilir.

AzerTimes-ın məlumatına görə, təqdimat mərasimində Azərbaycan və Türkiyə media qurumlarının rəhbərləri, Türkiyənin və digər türkdilli ölkələrin səfirləri, diplomatlar, millət vəkilləri və digər qonaqlar iştirak edir.

İlk dəfə həyata keçirilən lahyihənin məqsədi Türkdilli ölkələrin ortaq tarixi, dini, mədəni və ana dili dəyərlərini əsas götürərək Türk dünyasının həmrəy kommunikasiya platformasını yaratmaq və kontenti birbaşa informasiya mənbəyinə çevirilməkdir.

Bildiyiniz kimi, bu il fervalın 18-də, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiqləyib.

Memorandumun hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Səfərin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, o cümlədən, hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılması olub.

Səfər çərçivəsində Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirilib, ortaq media platformasının qurulması yolları müzakirə olunub.

Eyni zamanda, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində lazımi işlərin görüldüyü bildirilib.

Həmçinin, ölkəmizin türkdilli dövlətlərlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsi hazırladığı qeyd olunub. Bununla yanaşı, tədbir zamanı İnformasiya və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin qarşıda duran prioritet istiqamətlərdən biri olduğu vurğulanıb.

Türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsi həm Cənab Prezident İlham Əliyevin, həm Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkə rəhbərlərinin diqqət mərkəzindədir. Bu qardaş ölkələr arasında həyatımızın bir çox səhələrində münasibətlərin daha da inkişaf etdirilməsində ortaq media platformasının yaradılması xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunanları nəzərə alaraq, türkdilli ölkələr arasında ortaq media platofmasının yaradılması ideyasına öz töhfəmizi vermək qərarına gəldik. Bu məqsədlə, bu gün Trend İnformasiya Agentliyi Türkiyənin “Albayrak Media Group”u ilə birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihəyəni (https://turkic.world) təqdim edir.

Layihənin unikal proqram təminatı layihənin daha da təkmilləşməsinə və yaradılan rəqəmsal platformaya digər türkdilli ölkələrin də media qurumlarının qoşulmasına imkan verir. Rəqəmsal platformanın mobil versiyası da mövcuddur. Mobil versiya gələcəkdə bütün platformanın inkişafı və təkmilləşməsinin əsasını təşkil edəcək.

Eyni zamanda, unikal proqram təminatımız sayəsində gələcəkdə türkdilli ölkələrin media qurumları öz ölkələri ilə bağlı xəbərləri rus, ingilis və digər dillərdə sayta yerləşdirə biləcəklər.

Layihənin daha da inkişaf edərək Türkdilli ölkələr arasıda media sahəsində körpü olacağına ümid edirik.

Teqlər: