Trend-in xəbərindən sonra Azərbaycanın şərabçılıq bölgələri şərabçılıqla bağlı beynəlxalq atlasa daxil edilib

Şamaxı. Çingiz Səfərli – Trend:

AzerTimes-ın xəbərindən sonra Azərbaycanın şərab marşrutları və əsas şərabçılıq bölgələri beynəlxalq platformaya əlavə edilib.

Bu barədə AzerTimes-a açıqlamasında Azərbaycan Turizm Bürosunun Turizm sektorunun müdiri Şərifə Həsənova məlumat verib.

Onun sözlərinə görə, worldwineregions.com adlı platformaya əlavə məlumatların yerləşdirilməsi üçün danışıqlar aparılır:

“Sizin vasitəçiliyinizdən sonra bizimlə əlaqəyə keçdilər və Azərbaycanın şərabçılıqla bağlı məlumatlarını öz platformalarına yerləşdirmək istədiklərini dedilər. Bir neçə sorğu da göndəriblər və bu məlumatları da hazırlayırıq. Bu, Azərbaycan şərabçılığının dünyada tanıdılması üçün töhfədir. Sizə təşəkkür edirəm. Platforma turizmdən daha çox şərabçılıqla məşğul olan insanlar üçündür. Şərabın daha çox texniki tərəflərini öyrənənlər üçün bir bazadır. Siz bu platformaya daxil olanda dünyanın müxtəlif şərab zonaları haqqında məlumat əldə edirsiniz”.


Qeyd edək ki, bu ilin avqustunda yayımlanan “Azərbaycanda şərab turizminin inkişaf etdirilməsi üçün işlər görülür” başlıqlı xəbərdən sonra beynəlxalq onlayn şərabçılıq atlasının rəhbəri Martin von Wyss müxbirimizlə əlaqə yaradıb və ətraflı məlumatlar əldə edib.

Twitter: @cingizsafarli

Teqlər: