Trend ilə birgə layihəmiz Azərbaycan jurnalistikası tarixində möhtəşəm bir hadisədir – TASS Baş direktorunun birinci müavini

TASS Azərbaycanla yaxın münasibətlərini inkişaf etdirir.

AzerTimes-ın məlumatına görə, bunu TASS-ın baş direktorunun birinci müavini Mixail Kalmykov Trend və TASS agentliklərinin birgə layihəsi “Eastweststream.com” media-platformasının təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu yeni layihə vasitəsilə Xəzər bölgəsi güclü bir məlumat mənbəyi əldə etmiş olacaq:

“Bu layihənin yaradılması ideyasını Azərbaycan tərəfi təklif etdi və biz qədim tarixə sahib bir agentlik olaraq əməkdaşlıqda yaxından maraqlıyıq”.

TASS Baş direktorunun birinci müavini Azərbaycanda media platformalarının sürətlə inkişaf etdiyini və TASS agentliyinin buna hər cür töhfə verməyə hazır olduğunu qeyd edib:

“EastWestStream.com layihəsinin başlanması iki ölkənin və MDB ölkələrinin uğurudur”.

Teqlər: