Trend BİA və SOCAR adından yayılan feyk məlumatlarla bağlı Dövlət Xidmətindən AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə və müxtəlif internet səhifələrində “feyk” məlumatlar yayılır. Fırıldaqçılar Trend BİA-nın bannerindən
istifadə edərək vətəndaşlara Azərbaycanın Dövlət Neft Şirkətinə
(SOCAR) guya sərmayə qoya və ya iş tapa biləcəyi platformaya
keçməyi təklif edirlər.

Trend BİA bildirir ki, bu məlumatların agentliyə aidiyyəti
yoxdur, heç vaxt saytımızda və ya şirkətin informasiya
məhsullarında yerləşdirilməyib.

Vətəndaşları diqqətli olmağa, fırıldaqçıların hiylələrinə
uymamağa və lazım gəldikdə hüquq-mühafizə orqanlarına müraciət
etməyə çağırırıq.

Məsələ ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti bağlı açıqlama yayıb.

Trend xəbər verir ki, açıqlamada deyilir: “Diqqət! Dələduzlar
müxtəlif media ( Trend, APA və s.) resurslarının saxta nümunəsini
yaradaraq həmin saytlar üzərindən müxtəlif kampaniyalar, o cümlədən
“SOCAR” adından istifadə etməklə müxtəlif investisiya layihələrinə
qeydiyyat adı ilə şirnikləndirici fişinq hücumlarını sosial media
resurslarında reklam etməyə başlamışdır.

Hər kəsi dələduzluq məqsədi ilə yayımlanan belə paylaşımlara
qarşı ehtiyatlı olmağa, belə keçidlər haqda https://blacklist.gov.az domeni üzərindən məlumatlandırmanı
həyata keçirərək kibergigiyenamızı birgə gücləndirməyə
çağırırıq”.

Teqlər: