Xəbər - Samir Əli – Trend:
Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) Baş Prokurorluq tərəfindən “Prokurorluğun dostu” mükafatına layiq görülüb.
“1 oktyabr- Prokurorluq işçilərinin peşə bayramı günü” və Azərbaycan Prokurorluğunun yaranmasının 103-cü ildönümü ilə bağlı tədbirdə Baş prokuror Kamran Əliyev tərəfindən Trend BİA-ya “Prokurorluğun dostu” mükafatı təqdim edilib.
Bildirilib ki, mükafat prokurorluq tarixində ilk dəfə təsis edilib.
Qeyd edək ki, bu gün Azərbaycan Prokurorluğunun yaradılmasının 103-ci ildönümü münasibətilə Baş Prokurorluğun əməkdaşları oktyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Prokurorluq əməkdaşları həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzüblər.
Daha sonra prokurorluq əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Daha sonra tədbir rəsmi hissə ilə davam etdirilib. Media nüayəndələrinin sualları cavablandırılıb.