Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniya Baş naziri Liz Trass arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında yazıb.
“Baş nazir Liz Trassla telefon danışığım oldu. Biz Ukraynaya beynəlxalq siyasi və müdafiə dəstəyini gücləndirməkdə Böyük Britaniyanın rəhbərliyinə ümid edirik”, – Zelenski vurğulayıb.