Trassın “planı”na Türkiyədən sərt reaksiya

Trassın “planı”na Türkiyədən sərt reaksiya

Böyük Britaniya mətbuatı ölkənin xarici işlər naziri Liz Trassın baş nazir olacağı təqdirdə Ruanda ilə sığınacaq sahəsindəki əməkdaşlıq sazişinin bənzərinin ölkəmizlə də bağlanmasını tələb edəcəyi ilə bağlı xəbərlər yaymışdı. Ümid edirik ki, mətbuatda Trassa istinad edilən bu iddialar əsassızdır.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.

“8 ildir dünyanın ən çox qaçqına ev sahibliyi edən ölkəmizin üçüncü dövlətlərin tələbi ilə daha böyük yükü öz üzərinə götürməsindən, üstəlik, sığınacaq hüququ ilə bağlı beynəlxalq qaydalarla bir araya sığmayan yanaşmada iştirak etməkdən söhbət gedə bilməz. Türkiyə heç bir ölkənin qaçqın düşərgəsi və ya sərhəd mühafizəçisi olmayacaq, heç bir şəkildə üçüncü ölkələrin beynəlxalq öhdəliklərini üzərinə götürməyəcək.

Üstəlik, keçən il əfqan qaçqınlarla bağlı oxşar xəbərlərdən sonra öz mövqeyimizi ictimaiyyətlə bölüşdük. Bu kontekstdə bütün ölkələri beynəlxalq öhdəliklərini yerinə yetirməyə və miqrasiya ilə bağlı bərabər məsuliyyət daşımağa dəvət edirik”, – Bilgiç bildirib.

Qeyd edək ki, Britaniyada Mühafizəkarlar Partiyasının liderliyinə namizəd olan xarici işlər naziri Liz Trass Baş nazir olacağı təqdirdə ictimai müzakirələrə səbəb olan Ruandaya mühacir göndərmə planına Türkiyəni də daxil etmək istədiyini bildirib.

Teqlər: