Liz Trassın Britaniya Baş naziri seçilməsi Boris Consonun siyasətinin davamı anlamına gəlir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Xanım Trass Böyük Britaniyanın xarici işlər naziri kimi Consonun sadiq müttəfiqi olub və Ukrayna məsələsində ən sərt ukraynayönlü, avropapərəst mövqe tuturdu. Ona görə də bu, siyasətin davam etdirilməsi deməkdir”, – deyə XİN rəhbəri bildirib.
XİN rəhbəri əlavə edib ki, L.Trass ünsiyyətdə olduqca xoş bir insandır, lakin əsl liderdir və qərarların qəbulunda və onların icrasında sərtdir.
Qeyd edək ki, Böyük Britaniya Baş naziri Liz Trass ötən gün vəzifəsinin icrasına başlayıb.