Trassı tənqid edən nazir istefa verdi

Trassı tənqid edən nazir istefa verdi

Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman hökumətin iqtisadi siyasəti ilə razılaşmaması səbəbindən istefa verib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Bildirilib ki, Suella Braverman Baş nazir Trassı gəlir vergisinin maksimal dərəcəsinin 45 faizdən 40 faizə endirmək qərarından imtina etdiyinə görə açıq tənqid edib.

Braverman və Mühafizəkar Partiyanın bir sıra digər üzvləri əvvəllər elan edilmiş miqyaslı vergi islahatları proqramının tamamilə dayandırılmasından məyus olublar.

Böyük Britaniya Daxili İşlər Nazirliyi rəhbərinin özü isə şəxsi elektron poçtundan xidməti məqsədlər üçün istifadə etdiyinə görə istefa verdiyini bildirib.

Qeyd edək ki, bu, sentyabrın əvvəlində formalaşdırılmış Trass hökumətində artıq ikinci nazir istefasıdır. Oktyabrın 14-də maliyyə naziri vəzifəsində cəmi 38 gün işləmiş Kvazi Kvartenq Baş nazir tərəfindən istefaya göndərilib. Braverman isə DİN-in rəhbəri postunda bir qədər çox – 43 gün davam gətirib.

Teqlər: