“Azərbaycn Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Transxəzər
Beynəlxalq Nəqliyyat Marşrutu xətt ilə Hövsan limanına ilk dəfə yük
çatdırıb.
Trend ASCO-ya istinadən xəbər verir ki, yükün daşınması ASCO-nun
Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük
gəmisi ilə həyata keçirilib.
Qazaxıstanın Aktau limanından gələn gəmidə 140 ədəd 20 futluq
TEU konteyner olub.
Hazırda Hövsan limanının 6-cı körpüsündə konteynerlərin
boşaldılması əməliyyatı həyata keçirilir.