İtalyan idmançı Anjela Karini əlcəzairli transgender İman Xəliflə qalmaqallı döyüşdən sonra radikal qərar verib. Belə ki, o, boksdan birdəfəlik getmək qərarına gəlib.
AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, bu barədə “La Stampa” məlumat yayıb.
“Mən başımı dik tutaraq gedirəm və boksla vidalaşıram”, – deyə Karini bildirib.
Xatırladaq ki, onların qarşıdurması Paris Olimpiya Oyunlarında 1/8 final mərhələsində baş tutub. Döyüş başladıqdan 46 saniyə sonra başa çatıb. Səbəb isə Karininin transgender rəqibinin zərbələrinin ağırlığına dözməməsi olub. Mediada yayılan məlumata görə, Karini – “mən dəhşətli ağrı çəkirəm, davam etmək istəmirəm”, – deyib. Hakim rinqin mərkəzində İman Xəlifin əlini qaldırmağa hazırlaşanda isə Karini – “Bu ədalətsizlikdir! Ədalətsizlikdir”, – deyə qışqırıb. Sonra isə rəqibi ilə əl sıxmaqdan imtina edib.
Onu da qeyd edək ki, 2023-cü il dünya boks çempionatının finalından əvvəl Xəlif XY xromosomunun mövcudluğunu göstərən gender testindən keçə bilməmişdi. Buna baxmayaraq, idmançı Paris Olimpiya Oyunlarına buraxılıb.