Trampla tez-tez danışıram, geri çəkilməyəcək – Stubb

Trampla tez-tez danışıram, geri çəkilməyəcək – Stubb

ABŞ Prezidenti Donald Tramp Ukrayna nizamlanması üzrə danışıqlardan geri çəkilmək niyyətində deyil.

AzerTimes xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb bildirib.

“Mən prezident Trampla tez-tez danışıram. İndiyə qədər onun danışıqlar prosesindən geri çəkiləcəyinə dair heç bir əlamət görməmişəm. Əksinə, o, sülh sazişinə nail olmaq istəyən sülh adamıdır”, – o deyib.

Qeyd edək ki, daha öncə Tramp açıqlamasında danışıqların uğursuz olacağı təqdirdə, vasitəçilikdən geri çəkiləcəyini vurğulayıb.

Teqlər: