Trampın vurulduğu bina yoxlanılmayıbmış – İddia

Trampın vurulduğu bina yoxlanılmayıbmış – İddia

ABŞ Məxfi Xidməti keçmiş prezident Donald Trampa sui-qəsd cəhdinin edildiyi binanın damına baxış keçirməyibmiş.

AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Məxfi Xidmət binanın təhlükəsizliyini yerli hüquq-mühafizə orqanlarına həvalə edib, burada bir zabitin vəzifə yerinə yetirməsi nəzərdə tutulurdu.

NBC telekanalının məlumatına görə, Məxfi Xidmət Trampın mitinqindən bir neçə gün öncə bu binanın damını eks-prezidentin təhlükəsizliyinin təmin edilməsində potensial zəiflik nöqtəsi kimi qeyd etsə də, yerli hüquq-mühafizə orqanlarının nümayəndələri sui-qəsd cəhdi zamanı orada yox idi.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Teqlər: