Trampın Ukrayna ilə bağlı sülh planı açıqlandı

Trampın Ukrayna ilə bağlı sülh planı açıqlandı

Donald Trampın Ukrayna böhranının sülh yolu ilə həlli planı Rusiya ilə Ukrayna arasında hazırkı demarkasiya xətti boyunca demilitarizasiya zonasının yaradılmasını, habelə Rusiyanın Ukraynanın neytral statusuna təminatının verilməsini nəzərdə tutur.

AzerTimes xəbər verir ki, bunu Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vens deyib.

“Bu, yəqin ki, belə görünəcək: Rusiya ilə Ukrayna arasındakı demarkasiya xətti demilitarizasiya zonasına çevriləcək. Ukrayna öz müstəqilliyini və suverenliyini qoruyub saxlayır. Rusiya Ukraynadan NATO və bu qəbildən olan digər müttəfiq qurumlarla bitərəflik və qoşulmamaq zəmanəti alır”, – deyə Vens bildirib.

Teqlər: