Trampın sözləri onlar üçün həyəcan siqnalıdır – Kallas

Trampın sözləri onlar üçün həyəcan siqnalıdır – Kallas

ABŞ-ın keçmiş prezidenti Donald Trampın müdafiə xərclərinin artırılması ilə bağlı sözləri kifayət qədər vəsait ayırmayan bəzi AB ölkələri üçün həyəcan siqnalıdır.

AzerTimes xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas bildirib.

O, belə dövlətlərin müdafiə üçün daha çox vəsait ayırmağa başlayacağına ümid etdiyini bildirib:

“Amerika prezidentliyinə namizədin sözləri bəzi AB-yə üzv dövlətlər üçün həyəcan siqnalı ola bilər”.

Qeyd edək ki, D.Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı üzvlük haqlarını ödəmək istəməyən NATO müttəfiqlərini müdafiə etməyəcəyini açıqlamışdı.

Teqlər: