ABŞ-ın keçmiş prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanmış “TRUTH Sosial” sosial şəbəkəsinin istifadəyə verilməsi bu ilin mart ayının sonundan tez olmayacaq.
Trend -in məlumatına görə, bu barədə “Fox Business” televiziya kanalı mənbələrə istinadən bildirib.
Məlumata əsasən, sosial şəbəkənin fəaliyyətinə cavabdeh olan serverlər artıq işə salınıb, proqramın özü isə beta testindən keçir.
.