ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəxsi Boinq-757 təyyarəsi Florida ştatındakı “West Palm Beach” beynəlxalq hava limanında digər korporativ təyyarə ilə toqquşub.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Təyyarə hava limanında hərəkət edərkən qanadı park edilmiş və boş olan digər korporativ təyyarəyə ilişib. Faktla bağlı araşdırma aparılır. Boinq-757-nin toqquşduğu təyyarənin kimə məxsus olduğu məlum deyil”, – məlumatda deyilir.