Dünya ictimaiyyəti Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə onun Rusiya lideri Vladimir Putinlə danışıqlara başlamaq təşəbbüsünə hazır olmalıdır.
AzerTimes xəbər verir ki, bu barədə Çexiya Prezidenti Pyotr Pavel deyib.
“Biz Trampın qələbəsinə və onunla (Putin) hər hansı müqavilə imzalamasına hazır olmalıyıq. Belə bir saziş Ukrayna və Avropa üçün sərfəli olmaya bilər”, – Pavel bildirib.
O əlavə edib ki, Avropa bununla bağlı müəyyən hazırlıq tədbirləri görməlidir:
“Bu o demək deyil ki, biz Transatlantik əlaqələri və ya ABŞ-ı müttəfiq kimi şübhə altına alırıq. Amma etiraf etməliyik ki, Tramp bir çox şeyə fərqli yanaşır və bunun müəyyən nəticələri ola bilər”.