Donald Trampın ABŞ prezident seçkilərində mümkün qələbəsi Avropa üçün ciddi problem olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Donald Trampın keçmiş müşaviri Entoni Skaramuççi deyib.
“Tramp NATO-ya nifrət edir və hər şeydən çox onu ləğv etmək istəyir. Rusiya Prezidenti Vladimir Putini isə sevir. Ancaq güman edirəm ki, Putini dayandıracaq. Trampın qələbəsinə inanmıram, çünki onu faşizmə və ağ irqin üstünlüyünə inanan kiçik bir qrup insan sevir, ABŞ əhalisinin qalan hissəsi isə ona nifrət edir. Tramp diktator olmaq istəyir, ona görə də daha hakimiyyətsevər bir proqramı təşviq edəcək”, – Skaramuççi bildirib.