ABŞ-ın sabiq prezidenti Donald Trampın kiçik qızı livanlı milyarderin oğlu Maykl Bulasa ərə gedib.
AzerTimes xəbər verir ki, 29 yaşlı Tiffani ilə 25 yaşlı Mayklın toy mərasimi Donald Trampın Palm-Biçdəki mülkündə baş tutub.
Tiffani Tramp və Maykl Bulosun 2018-ci ildə tanış olduğu bildirilir. Həmin vaxt Tiffani Corctaun Universitetinin Hüquq fakültəsinin tələbəsi olub, Maykl isə London Universitetinin Layihənin idarə olunması fakültəsində təhsil alırmış.
Maykl Tiffaniyə evlənmək təklifini Eğ Evin bağında, 2021-ci ildə edib və ona 13 karatlıq zümrüd qaşlı, dəyəri 1,2 milyon dollar olan üzük hədiyyə edib.
Toy mərasimindən fotoları “Page Six” yayıb.