Amazon.com-a məxsus “Twitch striminq” xidməti keçmiş prezident Donald Trampın hesabını əngəllədikdən üç il sonra bərpa edib.
AzerTimes xəbər verir ki, 2021-ci ilin yanvarında “Twitch” Kapitolidə baş verən iğtişaşlardan sonra Trampın hesabını qeyri-müəyyən müddətə deaktiv edib və buna səbəb kimi zorakılığın daha da qızışdırılması təhlükəsini göstərib.
Tramp özünü rəsmən Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürdükdən bir gün sonra onun hesabı bərpa edilib.
Şirkət istifadə qaydalarına riayət olunmasına nəzarəti davam etdirəcəyini və pozuntular halında müvafiq tədbirlər görəcəyini vurğulayıb.