ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdəki gərginliyi azaltmaq istəyir.
AzerTimes xəbər verir ki, bu sözləri İsrailin “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri, politoloq Yakov Kedmi Bolqarıstanın “Pogled İnfo” portalına müsahibəsində deyib.
O bildirib ki, ABŞ Trampın rəhbərliyi altında Rusiya ilə rəqabətə davam edəcək:
“Bununla belə, ABŞ öz taktikasını dəyişəcək. Ağ Ev hərbi üsullar əvəzinə Rusiya Federasiyasının qonşu dövlətlərini öz maraqları orbitinə cəlb etməyə başlayacaq. Bu, onların Qərbə münasibətini tədricən dəyişməyə imkan verəcək.
Trampın taktikası Rusiyanın ətrafındakı bütün periferik dövlətlərlə – Qazaxıstan, Monqolustan, Özbəkistan, Ermənistan, bəlkə də Gürcüstan, bəlkə də Belarusla münasibətləri gücləndirməkdir”.