
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda inşa edilməsi planlaşdırılan yeni stadionun onun adını daşımasını istəyir.
AzerTimes xəbər verir ki, bu barədə ESPN-ə mənbələr məlumat verib.
Məlumata görə, hazırda Robert Kennedinin adını daşıyan stadionun yerində inşa ediləcək idman arenasından gedir.
Layihənin dəyəri təxminən 3,7 milyard dollar təşkil edəcək. Yeni stadionun 2030-cu ildə açılması planlaşdırılır.

