ABŞ prizidentliyinə namizəd Donald Trampın Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi vitse-prezidentliyə namizəd kimi göstərməsi Avropa dairələrində ciddi narahatlıq yaradıb.
AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” yazır.
Belə ki, bu qərar Trampın prezidentlik müddətində transatlantik təhlükəsizlik əlaqələrinin kəskin şəkildə zəifləyəcəyi, tariflərin qalxacağı və ABŞ-ın Ukraynaya mühüm dəstəyinə son qoyulacağı anlamına gəlir.
“Əgər Tramp seçilərsə və Vensin üstünlük verdiyi siyasət davam edərsə, o, NATO-nun məhv olduğunu və ya ən azından ABŞ-ın alyans üzərində rəhbərliyinin sona çatdığını elan edə bilər”, – məqalədə vurğulanıb.