Trampın açıqlaması bizi riskə məruz qoyur – NATO

Trampın açıqlaması bizi riskə məruz qoyur – NATO

ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO-nun üzv ölkələri müdafiə etmək istəməməsi ilə bağlı bəyanatları Avropa və Amerika əsgərlərini risk altında qoyur.

AzerTimes xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Müttəfiqlərin bir-birini qorumayacağına dair hər hansı bir təklif ABŞ-ın təhlükəsizliyi də daxil olmaqla, bizim bütün təhlükəsizliyimizi pozur və Amerika və Avropa əsgərlərini artan riskə məruz qoyur”, – baş katib bildirib.

Qeyd edək ki, D.Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı üzvlük haqlarını ödəmək istəməyən NATO müttəfiqlərini müdafiə etməyəcəyini açıqlamışdı.

Teqlər: