Trampdan Venesuela açıqlaması: Hədəfi vurmağı düşünürük

Trampdan Venesuela açıqlaması: Hədəfi vurmağı düşünürük

Amerika ordusu Venesuelada narkotik kartelləri ilə əlaqəsi olduğu iddia edilən yerüstü hədəflərə zərbə endirmək imkanını nəzərdən keçirir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

“Qurudan hədəfləri vurma ehtimalını mütləq nəzərdən keçiririk, çünki biz onsuz da dənizə nəzarət edirik”, – Tramp vurğulayıb.

Qeyd edək ki, daha öncə ABŞ Venesuela sahillərində narkotik daşıdığı deyilən gəmiyə zərbə endirib.

Teqlər: