Trampdan Uoltsla bağlı gözlənilməz açıqlama…

Trampdan Uoltsla bağlı gözlənilməz açıqlama…

ABŞ Prezidenti Donald Tramp Mayk Uoltsun ölkəsinin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürəcəyini açıqlayıb.

AzerTimes xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mən Maykl Uoltsun BMT-də növbəti səfiri vəzifəsinə namizədliyini irəli sürəcəyimi elan etməkdən məmnunam. Uolts ölkəmizin maraqlarını hər şeydən üstün tutmaq üçün çox çalışıb”, – Ağ Ev rəhbəri deyib.

Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq vəzifələrdən azad ediliblər.

Teqlər: