ABŞ Prezidenti Co Bayden administrasiyasının siyasəti Üçüncü Dünya müharibəsinin başlamasına səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texasda Mühafizəkar Siyasi Fəaliyyət Konfransında deyib.
“Hər şey bizə rəhbərlik edən səriştəsiz insanların ucbatından Üçüncü Dünya müharibəsinə daxil olmağımızla bitə bilər”, – Tramp bildirib.
O, ABŞ-ı xaricdə gülünc və sonsuz düşmənçilikdən uzaq tutmaq lazım olduğunu və amerikalıların müharibələrdə iştirak etmək istəmədiklərini qeyd edib.